Türk deputatların kefi düzəldi (FOTO)

Türk deputatların kefi düzəldi (FOTO)
09:36 21 Yanvar 2015
131 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən gecə sabiq nazirlərin istintaq üçün Ali məhkəməyə göndərilməsi barədə müzakirələrin aparıldığı bir vaxtda ədliyyə naziri separatçı kürd partiyasının deputatları ilə Türkiyə Böyük Millət Məclisində (TBMM) söhbət ediblər.

ANS PRESS-in məlumatına görə, nazir Bekir Bozdağ, HDP (Xalqın Demokratik Partiyası) millət vəkili Sırrı Süreyya Önder və bir qrup deputat təxminən 20 dəqiqə deyib - gülüblər.

Qeyd edək ki, gecə TBMM-də aparılan müzakirələr nəticəsində sabiq nazirlər Zəfər Çağlayan, Erdoğan Bayraktar, Muammer Güler və Egemen Bağışın Ali məhkəməyə göndərilməsi istiqamətində səsvermə keçirilib. TBMM-də keçirilən gizli səsvermə nəticəsində sabiq nazirlərin Ali məhkəməyə göndərilməməsi istiqamətində qərar qəbul olundu.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR