Azərbaycanın dövlət başçısı Tunisin yeni prezidentini təbrik edib

18:02 25 Dekabr 2014
66 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 17:57 ]

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Beji Kaid əs-Sebsini Tunis prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

 

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

 

“Hörmətli Beji Kaid əs-Sebsi, Tunis Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR