Azərbaycanlı gənc rəssamın “yaratdığı” Arda Turan - FOTOLAR

Azərbaycanlı gənc rəssamın “yaratdığı” Arda Turan -   FOTOLAR
09:57 21 Yanvar 2015
248 İdman
Ölkə mətbuatı
A- A+

Ölkəmizin gənc və istedadlı rəssamlarından birinin çəkdiyi yeni portret marağa səbəb olub. Fanat.az xəbər verir ki, müxtəlif sərgilərdə birincilik əldə edən gənc rəssam-heykəltaraş Vasif Səftərov Türkiyə millisinin üzvü, eyni zamanda "Atletiko"nun klubunun ulduz futbolçusu Arda Turanın portretini çəkib. 


O, daha sonra portretin üzərində işləyərkən kənardan çəkilən fotoşəklini sosial şəbəkədə dostları ilə bölüşüb. Gəncin bu dəfəki əl işi dostları tərəfindən çox bəyənilib. 


Qeyd edək ki, əsasən hipper realist rəssamlıqla məşğul olan V.Səftərov bəzi hallarda əyləncə xətrinə karikaturalar da çəkir.//anspress


Fanat.az





Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycanl-gnc-rssamn-yaratd-arda-turan-t17648.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR