Suriya prezidentinin xanımı peyda oldu - FOTO

Suriya prezidentinin xanımı peyda oldu - FOTO
09:57 21 Yanvar 2015
166 Dünya
Ölkə mətbuatı
A- A+

Suriya prezidenti Bəşər Əsədin xanımı Əsma Əsəd aylar sonra reportyorların qarşısında durub.
 
2011-ci ildə Suriyada prezident Bəşər Əsəd rejiminə qarşı başlanan etiraz aksiyalarının sonradan vətəndaş müharibəsinə çevrilməsi nəticəsində indiyədək 200 mindən artıq insan həlak olub.
 
Bəşər Əsədin xanımı Əsma Əsəd də aylardan bəri prezident iqamətgahından çölə çıxmırdı.
 
Milli.Az Al Jazeraa-ya istinadən bildirir ki, dünən o, paytaxt Dəməşqdə bir qrup yeniyetmə ilə görüşərək fotolar çəkdirib. Yeniyetmələr Dəməşqdə keçirilmiş elmi olimpiadaların qalibləri idi.
 
Və elə dünən Suriya Hərbi-Hava Qüvvələrinin təyyarələrinin zərbələri nəticəsində 39 nəfər həlak olub.
 
Əsma Əsəd fotolarını Facebook-dakı rəsmi hesabında yerləşdirib.

Milli.Az
 







Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320091.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR