Azərbaycan-Ermənistan qarşıdurması

Azərbaycan-Ermənistan qarşıdurması
10:06 21 Yanvar 2015
170 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Hollandiyanın Veyk-an-Zee şəhərində Azərbaycan-Ermənistan qarşıdurması olacaq.

ANS PRESS-in məlumatına görə, Tata Steel Chess şahmat yarışında Azərbaycan şahmatçısı Teymur Rəcəbov Ermənistan qrossmeysteri Levon Aronyanla qarşılaşacaq. Teymur Rəcəbov qara fiqurlarla oynayacaq. Partiya Bakı vaxtı ilə 16:30-da start götürəcək.

Dünya çempionu norveçli Maqnus Karlssens isə ukraynalı Vasili İvançukla münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, 9 turdan sonra Teymuir Rəcəbov 4,5 xal, Levon Aronyan isə 4 xal toplayıb. Lider isə aktivinə 7 xal yazdıran Maqnus Karlssensdir.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR