"Türkiyədə legioner olduğumu hiss etdirmirlər" - VİDEO

"Türkiyədə legioner olduğumu hiss etdirmirlər" -   VİDEO
10:12 21 Yanvar 2015
165 İdman
Ölkə mətbuatı
A- A+

"Öz komandana qarşı oynamaq fərqli hissdi. İstər-istəməz çəkinirsən, deyirsən özümü göstərim, yenidən qayıdım". Fanat.az xəbər verir ki, bu sözləri Türkiyənin Antalya bölgəsində "Neftçi" ilə yoxlama oyunundan sonra Peşəkar Futbol Liqasının rəsmi saytına açıqlamasında "Elazığspor"un futbolçusu Cavid İmamverdiyev deyib.

İcarə əsasında Türkiyə 1-ci liqasında mübarizə aparan 25 yaşlı yarımmüdafiəçi "Neftçi"də böyüdüyünü, orada futbola başladığını qeyd edərək, qayıdacağı təqdirdə sabiq komandasının heyətinə qoşulacağını söyləyib. Türkiyədə legioner həyatı yaşayan İmamverdiyev özünü əcnəbi kimi hiss etmədiyini bildirib: "Bir millət, iki dövlət elə-belə deyilmir. Onlar hiss etdirmirlər ki, mən burada legionerəm. Əslində, legioner də sayılmıram. Həm oyunlarda, həm də stadiondan kənarda mənə dəstək olurlar".

Yarımmüdafiəçi "Neftçi" haqda danışarkən, paytaxt klubunun yaxşı transferlər etdiyini vurğulayıb. O, "ağ-qaralar"ın bu mövsüm avrokubokların qrup mərhələsində mübarizə aparacağına inandığını bildirib. 

Qeyd edək ki, Cavid İmamverdiyev ötən yay "Neftçi"dən "Elazığspor"a 1 illik icarəyə verilib.


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR