Bakının məşhur qlamur restoranlarından biri bağlandı - FOTO

Bakının məşhur qlamur restoranlarından biri bağlandı - FOTO
10:12 21 Yanvar 2015
112 Sosial
Ölkə mətbuatı
A- A+

Bakının məşhur restoranlarından biri fəaliyyətinə son qoydu
Milli.Az xəbər verir ki, Tbilisi prospektində yerləşən "Opera Lounge" restoranı bağlanıb.

Uzun zamandır şəhərimizin "qlamur" və zəngin gənclərinin məkanına çevrilmiş restoran fəaliyyətinə son qoyması barədə məlumat yayıb:

"Əziz dostlar! Uzun zamandır bizi sevib, bu illər ərzində bizimlə olduğunuz üçün sizə öz təşəkkürümüzü bildiririk. Ancaq indi üzülmədən sizə xəbər vermək istəyirik ki, biz öz fəaliyyətimizi dayandırırıq.

Ancaq bizim yaxşı xəbərimiz də var, biz həmişəlik getmirik. Ola bilsin, bir neçə müddətdən sonra biz sizinlə yenidən görüşək və "Opera Lounge"ın açılışında iştirak edək".

Qeyd edək ki, adıçəkilən restoranın bu günədək bir çox tanınmış xarici qonağı olub.

Ceyhun Ələkbərov
Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR