Microsoft inqilab edir. Windows 10 gəlir - FOTO

Microsoft inqilab edir. Windows 10 gəlir - FOTO
10:12 21 Yanvar 2015
353 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Microsoft korporasiyası bu gün yeni əməliyyat sistemi olan "Windows 10"-u təqdim edəcək.
 
Milli.Az Gizmodo-ya istinadən bildirir ki, əməliyyat sisteminin ilkin versiyası ötən ilin sentyabr ayının sonlarında nümayiş olunmuşdu.
10 saat sonra başlayacaq təqdimat mərasimi başa çatan kimi Microsoft korporasiyası "Windows 10"un ilkin, beta versiyası sayılan "Windows 10 Consumer Preview"nu yayacaq.
 
Yeni əməliyyat sistemində "Cortana" adlı səsli yardım funksiyası olacaq. "Windows 10" əməliyyat sistemi fərdi kompüterlər, planşetlər, smartfonlar və "Xbox One" oyun konsollarında olacaq.
 
Əməliyyat sistemində "Spartan" brauzeri var. "İnternet Explorer"ə əsla bənzəməyən bu brauzer interfeys baxımından "Chrome" və "Firefox"a oxşayır.
 
Bundan başqa, hibrid qurğularda noutbuk və planşetlər arasında asan keçidə nail olmaq üçün "Continuum" funksiyası, habelə yeni "Start" menyusu olacaq.
 
Və ən nəhayət, Microsoft korporasiyası Xbox üçün kontent dükanı ilə "Windows Store" arasında inteqrasiyanı bəyan edəcək.
Microsoft-un baş direktoru Satya Nadellanın bununla bağlı xüsusi bəyanat verəcəyi gözlənilir.
 
"Windows 10"un təqdimatı Bakı vaxtı ilə saat 21-də başlanacaq.
 
Milli.Az
 














Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/320086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR