Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, yeni çəkilmiş qaz xəttinin mövcud kəmərə birləşdirilməsi ilə əlaqədar saat 18:00-dək Lənkəran və Ucar rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.