Terrorçular Afrika İttifaqının Somalidəki hərbi bazasına hücum ediblər

18:12 25 Dekabr 2014
51 Dünya
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 18:08 ]

Bakı – APA. “Əs-Şahab” terrorçu qruplaşması Afrika İttifaqının Somalidə yerləşən əsas hərbi bazasına hücum edib.

 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, artıq qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

 

Terrorçu qruplaşmanın sözçüsü Şeyx Əbdüləziz Əbu Musab silahlıların “Halane” hərbi bazasına daxil olduğunu və orada döyüşlərin davam etdiyini bildirib.

 

Ərazidə güclü partlayış səsləri eşidilir.

 

Qeyd edək ki, İtaliya və İngiltərənin səfirlikləri, habelə BMT-nin Somalidəki qərargahı sözügedən bazanın ərazisində yerləşir. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367269

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR