Yanukoviçə həbs qərarı

Yanukoviçə həbs qərarı
10:16 21 Yanvar 2015
100 Dünya
Ölkə mətbuatı
A- A+

Kiyev məhkəməsi Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin həbsinə sanksiyanı verib.

ANS PRESS-in məlumatına görə, bununla əlaqədar olaraq Ukrayna onun ekstradisiyasını tələb etmək hüququ qazanacaq.

Ölkənin Baş Prokurorluğundan deyilib: "2015-ci il yanvarın 19-da Ukrayna Baş prokurorluğunun xahişi üzrə Kiyev şəhərinin Peçerski rayon məhkəməsi tərəfindən Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç barədə həbs qəti imkan tədbirinin seçilməsi haqqında qətnamə çıxarılıb. Verilən qərar Baş prokurorluğun müstəntiqlərinə Rusiya Federasiyası ərazisindən Viktor Yanukoviçin ekstradisiyasını tələb etməyə imkan verir."

Xatırladaq ki, bundan əvvəl Ukraynanın Baş prokuroru Vitali Yarema bildirmişdi ki, V.Yanukoviçin və sabiq baş nazir Nikolay Azarovun Rusiyadan ekstradisiyası üçün müvafiq sənədləri hazırlayır.

Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR