FIFA Braziliya futbolunun inkişafına 100 milyon dollar ayıracaq

FIFA Braziliya futbolunun inkişafına 100 milyon dollar ayıracaq
10:18 21 Yanvar 2015
164 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFА) Braziliya futbolunun inkişafına 100 milyon dollar ayıracaq. Trend TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə FIFA-nın baş katibi Jerom Valke San-Pauluda keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, söhbət FIFA-nın Braziliyada dünya çempionatının keçirilməsindən əldə etdiyi vəsaitdən gedir: "Biz daim təkrar edirik ki, dünya çempionatı 30 turnir günü ilə məhdudlaşmır".

Valke deyib: "KİV-də belə iddialar ortaya çıxıb ki, FIFA gəlir, pul əldə edir və finaldan sonra az qala qaçaraq yoxa çıxır. Bu, doğru deyil. FIFA turnirlərin təşkil olunduğu bütün ölkələrdə futbolun inkişafı ilə bağlı öz üzərinə öhdəliklər götürür".

O vurğulayıb ki, keçən il DÇ oyunlarının keçirildiyi 12 stadion öz fəaliyyətini dayandırmır. Lakin, funksioner etiraf edib ki, bəzi idman arenalarından istənilən kimi fəal istifadə olunmur.

FIFA və Braziliya Futbol Konfederasiyasının nümayəndələrinin bildirdiyi kimi, 100 milyon dollarlıq vəsaitə xüsusi "DÇ İrsi Fondu" təşkil ediləcək. Onun prioritet vəzifəsi birinci və ikinci liqa komandalarına yardım, ölkədə qadın futbolunun inkişafı, həmçinin dünya birinciliyi matçlarının keçirildiyi Braziliya ştatlarında meydançaların abadlaşdırılması və yenidən qurulması olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2355343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR