"Rolls-Royce" ulduzlu kolleksiya hazırlayıb (FOTO)

"Rolls-Royce" ulduzlu kolleksiya hazırlayıb (FOTO)
18:13 25 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

"Rolls-Royce Motor Cars" şirkəti bütün modelləri üçün "Bespoke" ilk sifariş kolleksiyasını təqdim edib.

Trend-in məlumatına görə, səmada ən parlaq bürclərdən biri – Suhail-dən ilhamlanan “Suhail Kolleksiyası” ilk dəfə “Phantom”, “Phantom Coupe”, “Ghost” və “Wraith” modellərində təqdim olunacaq.

Rəvayətə görə, Suhail və onun işığı “Optika kitabı” (“Kitab əl-Mənazir”) ilə məşhurlaşan X əsrin ərəb riyazıyyatçısı, astronomu və fiziki İbn əl-Həytamı ilhamlandırıb. “İbn əl-Həytam elmi nailiyyətləri elm tarixində dönüş nöqtəsini təşkil etmiş görkəmli ilk kəşf edənlərdən olub. Biz Suhail bürcünün Şərq və Qərb elminə təsirini nəzərə alaraq düşündük ki, o, xüsusi “Bespoke” kolleksiyası üçün mükəmməl ilham mənbəyi ola bilər”, - “Rolls-Royce Motor Cars” şirkətinin baş icraçı direktoru Torsten Müller-Ötvös bildirib.

“Suhail Kolleksiyası”na “Phantom”, “Phantom Coupe”, “Ghost” və “Wraith” daxildir ki, bu modellər gecələr ulduzların parıltısını xatırladan, mirvari rəngli kuzov, unikal ay daşı, Suhail və “Turchese Bluecoachline” emblemləri, həmçinin Suhail bürcünü görmək mümkün olan gecə səması rəngli çalarlar vasitəsi ilə fərdiləşdirilib.
Rəng sxemi tünd göy rəngli panel və xalçalarla haşiyələnmiş “Turchese” aksentli “Creme Light” dərisini özündə birləşdirir və avtomobilin salonunda davam edir. Suhair bürcünün emblemi də xüsusi üsulla “Ash Burr” ağac panelində əks olunub. “Phantom” və “Wraith” modellərində də “Starlight Headliner” mövcuddur, saatın siferblatında isə üzərində isə Kiçik və Böyük Ayı bürcləri əks olunub.

2014-cü il “Roll-Royce Bespoke” üçün vacib il olub. Belə ki, cari ildə “Pinnacle Travel”, “Waterspeed”, “Metropolitan” və “Maharajah” modelləri də daxil olmaqla bir çox kolleksiya avtomobilləri istehsal olunub. Bu ilin sentyabr ayında dünya üzrə təxminən hər bir “Phantom” modeli, “Wraith” modelinin 90%-i, ”Ghost”un isə 80%-i müştərilərin sifarişi ilə eksklüziv dizayn elementlərilə yığılıb.

Xatırladaq ki, xüsusi “Bespoke” xidməti çərçivəsində müştərilər sifariş proqramı vasitəsilə öz fərdi “Rolls-Royce” avtomobillərini yığa bilir. Proqram 44 mindən artıq rəng palitrası və geniş dəri spektrinə malikdir.

Bütün press-relizlərimiz, fotoşəkillərimiz və yüksək həcmli videoçarxlarımızla bizim veb-səhifəmizin “PressClub”unda tanış ola bilərsiniz. Eyni zamanda, Siz “Rolls-Royce Motor Cars” komandası ilə “Twitter”də əlaqə yarada bilərsiniz.

“Improtex” Şirkətlər Groupunun tərkib hissələrindən biri “İmprotex Motors” MMM-dir. Əsas fəaliyyəti premium sinfli avtomobilləri ilə bağlı olan “Improtex Motors” MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanmışdır. “Improtex Motors” şirkəti BMW, Rolls-Royce, MINI, “Alpina” və BMW motosikllərinin rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hər yeni təqdimat təmtəraqlı şəkildə qeyd edilir.

Hal-hazırda, şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 4 sərgi-satış salonu və servis mərkəzi vardır.

Azərbaycan avtomobil sektorunda qabaqcıl şirkətlərindən biri olan və 16 ildən artıq fəaliyyət göstərən “Improtex Motors”, Azərbaycan avtomobil bazarında özünü etibarlı və nüfuzlu şirkət kimi ifadə edərək, uzunmüddətli peşəkar fəaliyyəti sayəsində müştərilərin etibarını və hörmətini qazanmışdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2347735.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR