Azərbaycanın əmək bazarı təhlil ediləcək

Azərbaycanın əmək bazarı təhlil ediləcək
10:23 21 Yanvar 2015
151 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İlkin İzzət/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Avropa Təlim Fondu ilə birgə icra olunacaq layihə müzakirə edilib.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Nazirlikdə Avropa Təlim Fondunun nümayəndələri ilə görüş keçirilib. Görüşdə Fondla birgə icra olunacaq “Əmək bazarının təhlili və proqnozu” layihəsinin detalları müzakirə edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Azərbaycanda əmək bazarının tənzimlənməsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. Nazir müavini uzunmüddətli təhlil və proqnozlaşdırmanın əmək bazarında pozitiv dəyişikliklərin edilməsi üçün vacib olduğunu, icra olunacaq layihənin bu baxımdan xüsusi önəm kəsb edəcəyini vurğulayıb.

Avropa Təlim Fondunun Azərbaycan üzrə koordinatoru Franka Krestani əmək bazarının təhlili və proqnozlaşdırma sahəsində dəqiq nəticələrə nail olmaq üçün bu sahədə mövcud məlumat bazasının genişləndirilməsinin və eyni zamanda qeyd olunan sahədə çalışan qurumlar arasında səmərəli əlaqələndirmə və məlumat mübadiləsinin artırılmasının önəmini diqqətə çatdırıb.

O, cari ilin aprel və noyabr aylarında aidiyyatı qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə sözügedən layihəyə hazırlıq məqsədilə iki beynəlxalq seminarın keçirilməsini təklif edib.

Görüşdə iştirak edən nazirliyin nümayəndələri tərəfindən layihə ilə bağlı təkliflər, o cümlədən layihənin texniki tapşırıqlarının hazırlanması üçün işçi qrupunun yaradılması təklifi irəli sürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2355371.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR