20 Yanvar həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi günüdür

10:23 21 Yanvar 2015
91 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Azərbaycanın Niderlanddakı səfirliyində “20 Yanvar – tarixin qanlı səhifəsi” adlı fotosərgi təşkil olunub. Faciədən bəhs edən fotoşəkillər Niderland ictimaiyyətinin diqqətinə təqdim olunub. Bununla yanaşı, səfirlikdə faciə ilə bağlı anma mərasimi təşkil edilib.
Səfir Mir-Həmzə Efendiyev xalqımızın müstəqillik mübarizəsi tarixinə həkk olunmuş 20 Yanvar faciəsindən bəhs edərək, həmin tarixin həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, həmrəyliyi günü olduğunu bildirib.
Həmçinin Azərbaycan ombudsmanının 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar bəyanatı, eləcə də səfirliyin hazırladığı pres-reliz Niderlandda fəaliyyət göstərən diaspor təşkilatlarımıza və aidiyyəti qurumlara göndərilib. Daha sonra toplantı iştirakçıları faciə ilə bağlı xatirələrini bölüşüb, 20 Yanvar haqqında sənədli film nümayiş etdirilib.
Tədbirdə Niderland ictimaiyyətinin təmsilçiləri tərəfindən təsis edilmiş Niderland-Azərbaycan Əməkdaşlıq Platformasının, Ana Vətən Niderland Azərbaycanlı Qadınlar Birliyinin, Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin və digər diaspor təşkilatlarının təmsilçiləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri və səfirliyin əməkdaşları iştirak ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_hem_de_Azerbaycanin_erazi_butovluyu_ugrunda_mubarize_aparan_xalqimizin_birliyi_gunudur-826263

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR