"Barselona" FİFA-ya "lağım" atır

"Barselona" FİFA-ya "lağım" atır
10:27 21 Yanvar 2015
176 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın prezidenti Xosep Bartomeu FİFA-nın kluba qoyduğu transfer qadağası haqqında danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Bartomeu İspaniyada yayımlanan "BTV" kanalının canlı efirindən Blatterlə müzakirəyə hazır olduğuna işarə vurub.
 
"Qadağa absurd olsa da, amnistiya barədə düşünmürük. Blatter ilk addımı atdı. İndi top onun meydançasındadır. Onunla görüşüb hər hansı qərara gəlsəydik, sevinərdim. Qurumun Primeronun digər klublarına qarşı da bu cür qadağa qoyduğunu bilirik".
 
Bartomeu baş məşqçi Luis Enrike barədə fikirlərini də bildirib.
 
"Enrike "Barsa" üçün ideal məşqçidir. Hiss edirəm ki, onun "Barselona" karyerası uzun müddət davam edəcək. Messi və Luis Enrikenin arasında konflikt olduğu deyilsə də, hər ikisi bunu inkar edir. Messi burada xoşbəxtdir və titullar qazanmaq üçün əla psixoloji hazırlığa malikdir".

Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR