Putin hökumətin işinə yüksək qiymət verib

18:17 25 Dekabr 2014
51 Dünya
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 18:13 ]

Prezident hökumətə sosial vəzifələri yerinə yetirməyi və rublun kursunu nəzarətdə saxlamağı tapşırıb

Moskva. Fərid Əkbərov – APA. “Yola saldığımız il asan olmadı, lakin hökumət ümumən iqtisadiyyatdakı çətinliklərin öhdəsindən layiqincə gəlir”. APA-nın Moskva müxbirinin xəbərinə görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabinetinin üzvləri ilə keçirdiyi ilin yekun görüşündə deyib.

 

V. Putin ölkədəki iqtisadi vəziyyətin üzərində xüsusi dayanıb: “Hər şeyi nəzarətdə saxlamaq lazımdır. Ehtiyac yaranarsa - baxmayaraq ki, bu, kiminsə xoşuna gəlmir, halbuki indiki vəziyyətdə qəti şəkildə zəruridir - belə demək mümkündürsə, əl ilə idarəetmə rejimini işə salmaq lazımdır. Hazırkı vəziyyətdə bunda qəbahət bir şey yoxdur”.  

 

V. Putin hökumətə sosial vəzifələrin yerinə yetirilməsi üzərində diqqəti cəmləşdirməyi və rublun dəstəklənməsi ilə əlaqəli məsələləri həll etməyi tapşırıb. O deyib ki, milli valyutanın kursu daha çox Mərkəzi Bankın vəzifəsidir: “Ancaq hökumətin maliyyə-iqtisadi bloku ilə müvafiq koordinasiya olmadan Mərkəzi Bank çətin ki, bu vəzifəni effektiv şəkildə həll edə bilsin”.  


Dövlət başçısı qeyd edib ki, iqtisadiyyatdakı çətinliklər təkcə xarici faktorlarla bağlı deyil: “Bu çətinliklər təkcə sanksiya xarakterli məhdudiyyətlərlə və ya obyektiv beynəlxalq konyuktura ilə əlaqəli deyil, həm də bizim sizinlə birlikdə etmədiklərimizlə bağlıdır və bunlar illər boyu yığılıb qalıb”.

Baş nazir Dmitri Medvedev iqtisadiyyatda çoxlu daxili problemlərin yığılıb qaldığı fikri ilə razılaşıb. O, vəd edib ki, 2015-ci ildə hökumətin fəaliyyəti bu problemlərin həllinə yönələcək. D. Medvedev etimada görə prezidentə təşəkkür edərək, öz adından və nazirlərin adından V. Putini Yeni il münasibətilə təbrik edib: “Etimada görə minnətdarlıq etmək və bir qədəh şampan şərabı içməyi təklif etmək istərdim”. V. Putin “yaxşı təklifdir, təşəkkür edirəm”, - deyə təkliflə razılaşıb.     


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367271

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR