Azərbaycan Turizm Assosiasiyası ekskursiya-bələdçi kursları təşkil edəcək

10:43 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Turizm Assosiasiyası (AZTA) 2015-ci il aprelin 1-dən ödənişsiz aylıq ekskursiya-bələdçi kursları təşkil edəcək.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, qeyd olunan kursları müvəffəqiyyətlə bitirən və imtahanlardan keçən şəxslər AZTA ilə müqavilə əsasında işlə təmin olunacaqlar.
Kurslara 20-30 yaşında müxtəlif xarici dilləri (alman, ingilis, fransız, italyan, ispan, yapon, türk, polşa, macar, ərəb, fars, koreya, çex) bilən gənc qız və oğlanlar dəvət olunur. Hər bir qrup 20 nəfərdən ibarətdir və dərslər Azərbaycan və rus dillərində keçiriləcək.
Artıq bir neçə ildir ki, Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən təşkil olunan bu tipli kurslarda 50-ə yaxın bələdçi hazırlanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Turizm_Assosiasiyasi_ekskursiya_beledchi_kurslari_teskil_edecek-826268

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR