Rusiyanın valyuta ehtiyatlarının həcmi son 5 ildə ilk dəfə olaraq 400 milyard dollardan aşağı olub

18:22 25 Dekabr 2014
60 Dünya
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 18:20 ]

Bakı - APA. Rusiya Federasiyasının valyuta ehtiyatlarının həcmi son 5 ildə ilk dəfə olaraq 400 milyard dolların altına düşüb.

APA-nın “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, dekabrın 13-dən 19-na qədər – bir həftə ərzində valyuta ehtiyatları 398,9 milyard dollara enib. Dekabrın 12-dən bəri ehtiyatlar 15,7 milyard dollar azalıb.  

 

Ehtiyatlarda azalma ilə paralel olaraq rublun kursunda stabilləşmə müşahidə olunur. Bu gün dolların kursu 52,6 rubl, avronu kursu isə 64,67 rubl təşkil edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367273

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR