Gəncədə 2015-ci ilin ilk üçəm uşağı dünyaya gəlib

10:58 21 Yanvar 2015
136 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 21 yanvar, AzərTAc
Gəncədə 2015-ci ilin ilk üçəm uşağı dünyaya gəlib.
Hər üçü oğlan olan körpələr ailənin ilk övladlarıdır. Hazırda körpələrin və ananın sağlamlıq durumu yaxşı vəziyyətdədir.
Gəncə şəhər sakini, 23 yaşlı Ramilə Əmrahovanın dünyaya gətirdiyi uşaqlara ad da qoyulub. Onlar Həsən, Məhəmməd və İbrahim adlarını daşıyacaqlar.
Körpələr şəhərdəki özəl klinikalardan birində dünyaya gəliblər.
Klinikanın baş həkimi Gülnaz Babayeva AzərTAc-a eksklüziv müsahibəsində deyib ki, proses normal keçib və yaxın günlərdə ana və uşaqlar evə buraxılacaqlar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR