Abramoviçdən sevgilisinə 68 milyonluq hədiyyə

Abramoviçdən sevgilisinə 68 milyonluq hədiyyə
11:11 21 Yanvar 2015
185 Şou
Ölkə mətbuatı
A- A+

48 yaşlı rusiyalı milyarder Roman Abramoviç Nyu-Yorkda ən böyük malikanə tikmək və onu sevgilisi, iki uşağının anası Daşa Jukovaya bağışlamaq fikrindədir.

Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, “The New York Post” qəzetinin yazır ki, iş adamı artıq bunun üçün hazırlıqlara başlayıb. Milyarder Nyu-Yorkun məşhur Yeddinci küçəsində iki böyük şəhər tipli ərazini satın alıb. Abramoviçin üçüncü ərazi üçün də danışıqlara başladığı deyilir. İş adamı ümumilikdə həmin sahələrə təxminən 68 milyon dollar verəcək.

Qeyd edək ki, əsasən Londonda yaşayan Abramoviç və Jukova Nyu-Yorka yalnız iş üçün gedərkən həmin evdə qalacaqlar.

Xatırladaq ki, bir qədər əvvəl Roman Abramoviçin balerina Diana Vişnyova ilə eşq yaşadığı deyilirdi. Lakin milyarder yayılan xəbərlərin doğru olmadığını söyləmişdi.




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25348

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR