Bakının Beton yolu bağlanır

Bakının Beton yolu bağlanır
11:13 21 Yanvar 2015
120 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakının Beton yolunda hərəkət məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, “Azəryolservis” ASC-dən bildiriblər ki, bu gün saat 11:00-dan etibarən, Gəncə prospektindən Hövsan dairəsinə kimi Beton yolda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaqdır.

Səbəb yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR