Prezident: Türkiyə enerji asılılığından xilas ola bilmir

Prezident: Türkiyə enerji asılılığından xilas ola bilmir
11:13 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə başqa ölkələrdən enerji asılılığından azad olmağa qadir deyil. Trend-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısının sözlərinə görə, Türkiyə məhdud təbii neft və qaz ehtiyatlarına malikdir.

Prezident qeyd edib ki, təbii resursların az olmasına baxmayaraq, Türkiyə karbohidrogen ehtiyatları ilə zəngin olan ölkələrlə onlara ehtiyacı olan dövlətlər arasında enerji körpüsü ola bilib.

Ərdoğan bildirib ki, Türkiyənin dövlətlər arasında enerji körpüsü olması ölkə üçün böyük əhəmiyyət kəsb edir.

Türkiyə xaricdən neft məhsullarının alınmasından asılılığı azaltmaq üçün fəal şəkildə neft yataqlarının axtarışını aparır. 2012-ci ildə Sinop rayonunda böyük ümidlər bəslənən neft kəşfiyyatı işləri nəticə vermədi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR