Ermənilər Türkiyə ərazisindəki Ağrı dağını “erməni qeyri-maddi irs nümunəsi” kimi UNESCO-nun siyahısına salmaq istəyir

Ermənilər Türkiyə ərazisindəki Ağrı dağını “erməni qeyri-maddi irs nümunəsi” kimi UNESCO-nun siyahısına salmaq istəyir
18:27 25 Dekabr 2014
97 Dünya
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 18:22 ]

Bakı. Rüfət Əhmədzadə - APA. Ermənistanda “İrs” Partiyasından olan deputat Zarui Postancyan Türkiyə ərazisindəki Ağrı dağını (ermənilər onu “Ararat” adlandırır - red.) “erməni qeyri-maddi irs nümunəsi” kimi UNESCO-nun siyahısına salmaq üçün bu təşkilata rəsmi müraciət ünvanlamağı təklif edib.

 

APA-nın “News.am”a istinadən məlumatına görə, “İrs” Partiyası bununla bağlı bəyanat yayıb.

 

Bəyanatda qeyd olunur ki, UNESCO-nun mədəni irs nümunələri siyahısına təklif vermək hüququ Konvensiyaya üzv dövlətlərin hökumətlərinə aid olduğuna görə deputat Zarui Postancyan baş nazir Ovik Abramyana bu məsələ ilə bağlı təklif göndərib: “Sözügedən təşəbbüs Ararat dağının ermənilərin mentalitetinə təsirinin böyük olmasına əsaslanır”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367274

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı