Dərsliklərlə bağlı yeni qaydalar hazırlanacaq

Dərsliklərlə bağlı yeni qaydalar hazırlanacaq
11:14 21 Yanvar 2015
121 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda dərslik hazırlığı sahəsində yeni qaydalar hazırlanacaq. Lent.az-ın məlumatına görə, bu, prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”ında öz əksini tapıb.

Milli məzmun standartlarının Nazirlər Kabineti tərəfindən təsdiqi, kurikulumların tətbiqi üçün maliyyə vəsaitinin ayrılması da nəzərdə tutulub. Bu məsələlər 2017-2021-ci illər ərzində həyata keçiriləcək. Bununla bağlı Təhsil Nazirliyinə tapşırıq verilib.

Dərslik hazırlığı sahəsində yeni qaydaların hazırlanması isə 2016-2017-ci illər ərzində Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçiriləcək.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190944

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR