Metro vaqonlarını okeanın dibinə atırlar - FOTO

Metro vaqonlarını okeanın dibinə atırlar - FOTO
11:22 21 Yanvar 2015
339 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Nyu-York şəhərində metropolitenin köhnə, istismar müddəti bitmiş və ya zədəli vaqonları bərələrə yığılır, sonra sahildən bir qədər uzağa, Atlantik okeanının dibinə atılır.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, amerikalı fotoqraf Stiven Mallon vaqonların okeana atıldığı proseslə bağlı seriya hazırlayıb.
Hər biri 18 ton ağırlığında olan köhnə vaqonların okeana atılmasında məqsəd balıqlar üçün okeanın dibində mərcan riflərinə bənzəyən süni konstruksiyaların yaradılmasıdır.
 
Nyu-York meriyası bu minvalla həmin vaqonların okeanın dibində illər sonra mərcan riflərinə çevriləcəyini bəyan edib.
 
Cənubi Karolina və Delaver ştatlarının sahillərində də köhnə avtomobilləri okeana atır, bu minvalla mərcan rifləri yaradırlar.
 
Milli.Az
 




















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/320095.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR