"İçərişəhər" qoruğunun vəzifəli şəxsi vəfat etdi

11:22 21 Yanvar 2015
123 Sosial
Ölkə mətbuatı
A- A+

"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin vəzifəli şəxslərindən biri - Reyhan Cəfərova dünyasını dəyişib.

"Report" xəbər verir ki, Reyhan Cəfərova qoruq-muzeyinin şöbə müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, R.Cəfərova 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Qeyd edək ki, "Şirvanşahlar Sarayı Kompleksi" qoruq-muzeyi Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərkibində fəaliyyət göstərir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR