Azərbaycanda orta aylıq əmək haqqının həcmi açıqlanıb

11:27 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 11:24 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,4% artaraq 442,1 manat təşkil edib.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əmək haqqı neft sektorunda 1 754,6 manat, qeyri-neft sektorunda 409 manat, dövlət bölməsində 356 manat, özəl bölmədə 567,5 manat təşkil edib. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

 

Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 261,7 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 311,1 manat təşkil edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369768

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR