Müəllimlər üçün qrant müsabiqələri - YENİLİK

Müəllimlər üçün qrant müsabiqələri - YENİLİK
11:29 21 Yanvar 2015
343 Sosial
Ölkə mətbuatı
A- A+

Müəllimlər arasında sağlam rəqabətin stimulaşdırılması üçün müsabiqələr, o cümlədən qrant layihələri həyata keçiriləcək. Lent.az-ın məlumatına görə, bu, prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”ında öz əksini tapıb. Bu yeniliyin cari ildən başlayaraq mütəmadi həyata keçirilməsi nəzərdə tutulur. 

 

Məktəbəqədər və ümumi təhsil müəssisələrinin təhsil verənlərinin inklüziv təhsil üzrə məqsədli əlavə təhsil proqramlarının hazırlanması və həyata keçirilməsi də nəzərdə tutulub.

 

Bundan başqa, təhsil müəssisələrinin infrastrukturuna dair yeni norma, standart və qaydalar hazırlanacaq. Bu prosesin 2019-cu ildən başlayaraq, mütəmadi həyata keçirilməsi nəzərdə tutulub. Təhsil müəsisələrinin infrastrukturuna dair norma, standart və qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək.

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR