Gülənçilər ən çox onun telefonunu dinlədilər

Gülənçilər ən çox onun telefonunu dinlədilər
11:32 21 Yanvar 2015
106 Dünya
Ölkə mətbuatı
A- A+

Baş nazir olduğu dönəmlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın telefonu hüquq-mühafizə orqanlarındakı Fətullah Gülən tərəfdarları tərəfindən 50 dəfədən çox, milli kəşfiyyatın rəhbəri (MİT) Hakan Fidanın telefonu isə 53 dəfə dinlənilib.

Bu barədə Trend çərşənbə günü Anadolu agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, Fətullah Gülən hazırda ABŞ-da yaşayan din xadimidir.

Agentliyin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən verdiyi məlumata görə, ölkənin enerji və təbii sərvətlər naziri Taner Yıldızın telefonu da dinlənilib.

Ümumilikdə, 31 dövlət məmurunun, eləcə də onların ailə üzvlərinin telefon söhbətləri dinlənilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR