Kolumbiyanın “TNN” portalı: “Azərbaycan, 20 Yanvar 1990-cı il”

Kolumbiyanın “TNN” portalı: “Azərbaycan, 20 Yanvar 1990-cı il”
11:33 21 Yanvar 2015
78 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Kolumbiyanın məşhur “TNN” xəbər portalı “Azərbaycan, 20 Yanvar 1990-cı il” sərlövhəli məqalə yayıb.
Məqalənin əvvəlində Azərbaycanın 70-ci illərdən başlayaraq iqtisadi, mədəni və elmi sahələrdə sürətlə inkişaf edərək SSRİ-nin tərkibində mühüm müttəfiq respublikalardan birinə çevrildiyi qeyd olunur. Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana münasibətdə qərəzli siyasətindən, onun dəstəyi ilə qonşu Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından və beləliklə Dağlıq Qarabağ münaqişəsi kimi bir problemin yaranmasından söz açılır.
Müəllif SSRİ rəhbərliyinin bu çirkin oyununa etiraz edən və sonradan Azərbaycanda müstəqil dövlətçiliyin əsasını qoyan ulu öndər Heydər Əliyevə qarşı totalitar rejimin təzyiqlərindən, Azərbaycanda azadlıq hərəkatının başlamasından və bu hərəkatı boğmaq üçün M.Qorbaçovun göstərişi ilə sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıya yeridilərək mülki əhaliyə divan tutmasından bəhs edir.
Yazıda Azərbaycanda azadlıq hərəkatının qalib gəldiyi, ölkəmizin öz müstəqilliyini bərpa etdiyi, Azərbaycanın siyasi-iqtisadi baxımdan inkişaf edərək regionda ən güclü dövlətlərdən birinə çevrildiyi diqqətə çatdırılır.
Məqalənin tam mətnini http://www.tnnpoliticas.com/author/admin/ linkindən oxumaq olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kolumbiyanin_TNN_portali_Azerbaycan_20_Yanvar_1990_ci_il-826283

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR