Türkiyədəki dəhşətli terrorda azərbaycanlı qadının izi - FOTO

Türkiyədəki dəhşətli terrorda azərbaycanlı qadının izi - FOTO
11:37 21 Yanvar 2015
159 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulda üstünə bağladığı bombanın partlaması ilə bir polisin şəhid olmasına, digərinin isə yaralanmasına səbəb olan 18 yaşlı çeçen əsilli rus vətəndaşı Diana Ramazanovanın sirli hücum planının üstü açılıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Sultanahmet bombaçısı” kimi tanınan, Dağıstanda yaşayan Ramazanovanın 2 il əvvələ qədər Rusiyada ofisiant olaraq çalışdığı və 2013-cü ildə Norveç vətəndaşı, çeçen əsilli Abu Edelbijevlə internetdə tanışmasından sonra həyatının tamamilə dəyişdiyi məlum olub.

Elə həmin ildə Türkiyəyə gələn, daha sonra qeyri-qanuni yollarla Suriyadakı İŞİD düşərgəsinə qatılan Edelbijev Ramazanova ilə 2014-də imam nikahı ilə evlənir.

Evləndikdən sonra çadraya bürünən Ramazanova da İŞİD-ə qatılır, lakin döyüşlərdə iştirak etmir.

İŞİD-ə qarşı keçirilən əməliyyatda hava hücumu zamanı Ramazanovanın əri öldürülür.

İŞİD “Ərini Türkiyə öldürdü. İntiqamını al” deyə Ramazanovanı 2 əl bombası ilə Türkiyəyə göndərir. Buradan isə o, Rusiya vətəndaşı olan Azərbaycan əsilli qadınla İstanbula yollanır.

Hamilə olan gənc qadın İstanbuldakı, Rusiyadakı tanışları ilə WhatsApp programı vasitəsilə danışır. Elə onunla bağlı sirlər də məhz bu yazışmalarından sonra üzə çıxır.

Ərinin intiqamını almaq üçün bombanı partladan Diana Ramazanovanın kamera görüntülərində onun tərəddüd içərisində 2 dəfə hadisə yerini tərk edib, 3-cü dəfə isə bombanı işə saldığı görünür.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320126.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR