Bakı-Tiflis-Qars layihəsinin tikintisinin dayandırılması ilə bağlı AÇIQLAMA

Bakı-Tiflis-Qars layihəsinin tikintisinin dayandırılması ilə bağlı AÇIQLAMA
11:39 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin tikintisində iqlim dəyişikliklərinə görə müvəqqəti olaraq müəyyən işlər dayandırılıb.

 

Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında "Azəryolservis" ASC-nin Gürcüstan filialının direktoru Qurban Piriyev bildirib.

 

“Gürcüstanın Axalkalaki hissəsinə, eləcə də Türkiyəyə güclü qar yağıb. Kartsaxi stansiyasında işlərimiz dayanıb, Axalkalaki stansiyasında isə binadaxili işlərimiz gedir, transformatorların quraşdırılması işlərini görürük. Biz hələlik layihəyə uyğun nə mümkündürsə, işlərimizi həyata keçiririk. Güclü qarın yağmasına görə, çöl işlərimiz dayanıb”, - deyə Q. Piriyev bildirib.

 

Filial direktorunun sözlərinə görə, Türkiyə ərazisində inşa olunan tunellərdə də işlər sürətlə gedir: "Məndə layihənin Türkiyə tərəfində işlərin necə getdiyi barədə dəqiq informasiya yoxdur. Lakin bilirəm ki, indi orada tikilən tunellərdə işlər sürətlə gedir. Türklər öz işlərini ilin axırına kimi başa çatdıracaqlar. Bizim üçün əsas odur ki, layihənin Gürcüstan hissəsində biz öz işlərimizi görmüşük və sınaq qatarı artıq sərhəddə dayanıb", - deyə o bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR