Yaşasaydı 91 yaşı olacaqdı - Şəfiqə Axundova

Yaşasaydı 91 yaşı olacaqdı - Şəfiqə Axundova
11:39 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Bu gün tanınmış bəstəkar, xalq artisti Şəfiqə Axundovanın doğum günüdür. Lent.az-ın məlumatına görə, Şəfiqə xanım 2013-ci iyulun 26-da uzun sürən xəstəlik nəticəsində 89 yaşında dünyasını dəyişib. Mərhum bəstəkar xroniki qan dövranı çatışmazlığı, hipertoniya və şəkərli diabet xəstəliklərindən əziyyət çəkirdi.

 

1924-cü il yanvarın 21-də Şəkidə anadan olan Ş.Axundova 1943-1944-cü illərdə A. Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib. 1998-ci ildə xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib. O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı kimi tarixə düşüb.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR