İŞİD bu musiqi alətlərini də "haram" saydı - FOTO

İŞİD bu musiqi alətlərini də "haram" saydı - FOTO
11:42 21 Yanvar 2015
116 Dünya
Ölkə mətbuatı
A- A+

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması bu dəfə "haram"a uyduqlarına görə iki musiqiçini cəzalandırıb.
 
"Şəriətdə göstərilməmiş musiqi alətlərində ifa etdikləri üçün" bu şəxslərin hər birinə 90 zopa vurulub.
 
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, Suriyanın Hələb şəhərinin yaxınlığındakı Bujaq şəhərində ud və sintezatorla tutulmuş iki yerli sakin mərkəzi meydana aparılaraq cəzalandırılıb.
 
İŞİD-in yerli şəriət məhkəməsinin qərarına görə, ud və sintezator "Şəriətə müzayiq" musiqi alətləri olmadıqları üçün, bu alətlərdə ifa etmək haramdır.
 
Həmin iki şəxslə yanaşı, onların əməllərindən xəbərdar olub "harama göz yummuş" yerli məmur da şallaqlanıb.
 
Ötən həftə İŞİD terrorçuları Suriyanın Rəkka şəhərində iki gənci homoseksualizmdə suçlayaraq onları 13-mərtəbəli binanın damından aşağı atmışdılar.
 
Milli.Az
 







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR