Avtomobili satıb pulunu mənimsəyən şəxs azadlıqda

Avtomobili satıb pulunu mənimsəyən şəxs azadlıqda
11:44 21 Yanvar 2015
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Elnur Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Elnur Məhərrəmovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 6 il 2 ay müddətinə şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.

 

 


Qeyd edək ki, Elnur Məhərrəmov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib. O, etibarnamə əsasında olan avtomobili başqasına sataraq pulunu mənimsəyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR