Əhalinin nəhəng borcu

Əhalinin nəhəng borcu
11:51 21 Yanvar 2015
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda əhaliyə verilən kreditlərin həcmi artıb.

ANS PRESS-in Dövlət Statistika Komitəsində istinadla verdiyi məlumata görə, yanvar-noyabr aylarında maliyyə-kredit təşkilatları tərəfindən ölkənin hüquqi və fiziki şəxslərinə verilmiş kreditlərin məbləği 19,1 faiz artıb. Əvvəlki illərdə verilmiş kreditlər də nəzərə alınmaqla əhaliyə verilən kreditlərin həcmi ümumilikdə 18,2 milyard manata çatıb.

Kreditlərin 79,5 faizi uzun müddətə verilib, 5,4 faizinin ödəmə vaxtı keçib. Əhalinin gəlirləri isə əvvəlki illə müqayisədə 4,8 faiz artaraq 39,4 milyard manata çatıb. Əhalinin hər nəfərə düşən məbləği isə 3,5 faiz artaraq 4180,5 manata çatıb.

Gəlirlərin 68.8 faizi son istehlaka, 8,7 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 20.0 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunub.

Əhalinin banklardakı əmanətləri isə 2014-cü ilin on bir ayının göstəriciləri ilə müqayisədə 10,4 faiz artaraq 7,1 milyard manata çatıb. Əmanətlərin 4,5 milyard manatını və ya 63,2 faizini milli valyuta, 2.6 milyard manatını isə xarici valyuta təşkil edib. Vəsaitin 5,4 milyard manatı özəl banklara qoyulub.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=320928

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR