Ətin qiyməti düşdü, alan qaçdı

Ətin qiyməti düşdü, alan qaçdı
11:52 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Milli.Az El Tv-yə (Region Tv) istinadən xəbər verir ki, Ağcabədi rayonu ərazisində əvvəllər 8 manata satılan mal əti indi alıcılara 6 manata təklif olunur. Qoyun əti isə 9-10 manatdan 8 manata düşüb.

Satıcı Mobil İbadov deyir ki, ətin ucuzlaşmasına baxmayaraq, alıcıların sayı artmayıb. Əvvəlki vaxtla müqayisədə satışa daha çox heyvan çıxaran fermerlər isə bazarda alıcı tapmaqda çətinlik çəkdiklərini deyirlər. Fermer Sərvər Məmmədov bildirir ki, əvvəllər Ağcabədidə bir ədəd yonca bağlamasını 2 manat 50 qəpiyə, 3 manata alırdılarsa, indi bu göstərici 5 manatdır. Çəkilən xərc və zəhmət müqabilində verilən qiymətin aşağı olması səbəbindən isə əksər fermerlər heyvanlarını satışa çıxarırlar. Bu səbəbdən də bazarlarda heyvanların sayı çoxalıb.

Fermerlər həm də çəkisi çox olan heyvanları satmağın xüsusilə çətin olduğunu deyirlər.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR