Xarkovda separatçı təşkilat məh edildi - FOTO

Xarkovda separatçı təşkilat məh edildi - FOTO
11:57 21 Yanvar 2015
140 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna güc strukturları Xarkov vilayətində xüsusi əməliyyat keçirərək “İsxod” adlı rusiyayönümlü separatçı təşkilatın fəaliyyətinə son qoyub.

APA-nın xəbərinə görə, bu barədə özünün “Facebook” səhifəsində Ukraynanın daxili işlər naziri Arsen Avakov açıqlama verib.

A. Avakov bildirib ki, “İsxod”un ofisində aparılan axtarış zamanı Ukrayna əleyhinə təbliğat materialları aşkarlanıb: “Xüsusi əməliyyat milisin operativ dəstələri və Ukrayna Təhlükəsizlik Xidmətinin regional idarəsinin qüvvələri hesabına keçirilib. “İsxod” adlanan ictimai təşkilatın fəaliyyətinə son qoyulub. Bu təşkilat bir ay əvvəl internet şəbəkəsində özünü tanıdıb. Fəaliyyətinin ilk günündən onun üzvləri dinc Xarkov regionunda təxribatçılıq fəaliyyəti həyata keçirmək niyyətlərini gizlətməyiblər”.

Nazir “İsxod”un lideri Novikovun saxlanıldığını da açıqlayıb: “Mən və digər xarkovlular Xarkovun “rus xalq respublikaları” tərəfindən işğal olunmuş və boşalmış şəhərlərdən birinə çevrilməsini istəmirik. Ona görə də cənab Novikov, biz buna yol verməyəcəyik”.

Qeyd edək ki, Xarkov vilayəti Rusiya ilə həmsərhəddir.

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR