“Qəbələ”nin U-15 komandası Türkiyə təmsilçisini böyük hesabla məğlub edib

“Qəbələ”nin U-15 komandası Türkiyə təmsilçisini böyük hesabla məğlub edib
11:58 21 Yanvar 2015
173 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Təlim-məşq toplanışı məqsədilə Antalyada olan “Qəbələ” klubunun 15 yaşadək futbolçulardan ibarət komandası üçüncü - sonuncu yoxlama oyununu keçirib.
Klubdan AzərTAc-a bildiriblər ki, daha əvvəl yerli “Antalyaspor” U-15 (0:2) və “Kunduspor” U-17 (2:2) ilə qarşılaşan təmsilçimiz bu dəfə “Laraspor”un U-15 komandası ilə üz-üzə gəlib.
Matç “Qəbələ”nin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qəbələ”nin heyətində Kamran Quliyev (4 top) və Məhəmməd Abbaslı (2 top) fərqləniblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qebelenin_U_15_komandasi_Turkiye_temsilchisini_boyuk_hesabla_meglub_edib-826290

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR