EMİN: "Seçim qarşısında qalsam, biznesi seçərdim"

EMİN: "Seçim qarşısında qalsam, biznesi seçərdim"
12:01 21 Yanvar 2015
133 Şou
Ölkə mətbuatı
A- A+

"Mənim üçün ilk növbədə, uşaqlarım vacibdir və buna görə də seçim qarşısında qalsaydım, biznesi seçərdim. Yalnız bizneslə məşğul olmaqla uşaqlarımı istədiyim səviyyədə həyatla təmin edə bilərəm. Digər tərəfdən isə musiqi də həyatımın bir hissəsidir və onunla məşğul olmadan özümü tamamilə xoşbəxt hiss etmirəm".

Bunu tanınmış bəstəkar-müğənni EMIN “Nargis” jurnalının "əgər qarşınızda səhnə və ya biznes kimi ciddi seçim olsaydı, nəyi seçərdiniz?" sualına cavabında deyib.

Müğənni yeni mahnıları, Zülfiyyə Xanbabayeva ilə oxuduğu duet haqqında danışıb.

EMİN qeyd edib ki, bir dəfə yaxın dostu Murad Babayev ona deyib. "Sənin Bakıda konsertlərin olub, rusiyalı ifaçılarla birlikdə yazılmış çoxlu treklərin var, amma azərbaycanlı ifaçı ilə oxumamısan!". Mən isə ona dedim ki, Azərbaycan dilində məmnuniyyətlə mahnı yazdırardım, ancaq bir "amma" var. Mənim dil ilə bağlı problemim var və istəməzdim ki, bu, səhnədə hiss olunsun. Yekunda bir qərar verdim və seçim Zülfiyyə Xanbabayevanın üzərinə düşdü. O, mənim musiqi fantaziyama azadlıq verdi, ilk dəfə olaraq, milli Azərbaycan alətləri ilə eksperiment etdim".

Müğənni anşlaqla keçən konsertlərindən sonra hisslərinin həmişə qarışıq olduğunu deyib. Bir tərəfdən hər şeyin düşünüldüyü kimi keçdiyinə görə sevinirsən, digər tərəfdən isə izləyicinin fikir vermədiyi, ancaq sənin özünün xoşuna gəlməyən hansısa texniki nüansları yada salırsan.

"Hər halda konsertdən sonra gərginlik hiss edirsən və evdə də yuxuya gedə bilmirsən. Adrenalin buraxmır, sanki çoxlu enerji sərf etmisən, ancaq əvəzində də az qazanmamısan. Buna baxmayaraq, bu hiss mənə xoşdur".

- "Начистоту" - uğursuz sevgi barədə mahnıdır. Siz bu mahnını elə oxuyursunuz ki, hiss edə bilən hər kəsin sanki ürəyinə xəncər vurulur. Bəs siz bu mahnını oxuyarkən nə hiss edirsiniz? Heç vaxt inanmaram ki, sizin üçün bu, sadəcə növbəti bir hitdir...
- Mənim bütün mahnılarım bu və ya digər səviyyədə taleyimin hansısa anlarını əks etdirir. Açıq və səmimi insan olduğumdan, həyatımda baş verən hər şey göz qabağındadır. Mahnı emosionaldır, mətnində olan hər bir söz mənim üçün çox əhəmiyyətlidir. Eyniadlı "Начистоту" albomu da buraxdım və bu, mənim həyatımda demək olar ki, bütöv bir dövrdür.





Mənbə
Buro247.az



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=320923

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR