Azərbaycanın bəzi rayonlarının qaz təchizatı məhdudlaşdırılır

12:02 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 11:58 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycanın bəzi rayonlarının yaşayış məntəqələrində qaz təchizatı məhdudlaşdırılacaq.

 

Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu gün saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Masazır'', Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Lək'' və “Zərdab”, o cümlədən, Astara Magistral qaz kəmərləri sahəsinin “Alvadı” Qazpaylama stansiyalarında təmir işləri aparılacaq.

 

Məlumata görə, təmir müddətində Masallı rayonunun təzə Alvadı, Köhnə Alvadı, Şərəfə, Böyük Xocavar, Binə Xocavar, Bambaşı, Yiyən kənd, Çaxırlı, Əhmədli, Təklə, Həsənli, Xırmandalı, Ərəb, Hacıtəpə və Yeddi oymaq, eləcə də Ucar rayonun Lək kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

 

Aparılan işlərin Zərdab rayonunun və Abşeron rayonu Masazır qəsəbəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369774

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR