Azərbaycanda əhalinin hər 10 min nəfərinə 35 həkim düşür

Azərbaycanda əhalinin hər 10 min nəfərinə 35 həkim düşür
12:03 21 Yanvar 2015
215 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda əhalinin hər 10 min nəfərinə orta hesabla 35 həkim və 61 tibb işçisi düşür.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, 2015-ci ilin əvvəlinə olan məlumata əsasən, ölkədə 32,9 min həkim və 57,9 min orta tibb işçisinin çalışdığı 567 xəstəxana və 1763 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir.

Ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də yoluxucu və parazitar xəstəliklər üstünlük təşkil edib.

2013-cü ilin müvafıq dövrü ilə müqayisədə ötən ilin yanvar-noyabr aylarında ölkədə bakterial dizenteriya ilə xəstələnmə halları 50 faiz, pedikulyoz ilə 59,1 faiz, qoturluq ilə 26,1 faiz, viruslu hepatit ilə xəstələnmə halları 8 dəfə azalıb. Ötən il kəskin poliomielit, tulyaremiya, məxmərək, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, qızılca, göy öskürək və malyariya xəstəlikləri qeydə alınmayıb. Bununla yanaşı, tetanus, suçiçəyi, bruselyoz, skarlatina ilə xəstələnənlərin sayı bir qədər artıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2355416.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR