Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib

12:03 21 Yanvar 2015
77 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən növbəti səyyar qəbullar Yasamal, Suraxanı və Xəzər rayonlarında keçirilib.
BŞTİ-dən AzərTAc-a bildiriblər ki, səyyar qəbullar saat 10.00 – da başlanıb və vətəndaşların müraciəti bitənədək davam edib. Yasamal rayonu üzrə 22, Suraxanı rayonu üzrə 8, Xəzər rayonu üzrə isə 10 müraciət qəbul edilib.
Əsas müraciətlər məktəblərin təmir edilməsi, əlavə korpusların tikilməsi, mühafizə sisteminin gücləndirilməsi, birinci sinfə qəbul, təhsil müəssisələrinin birnövbəli sistemə keçməsi, məktəb yeməkxanalarının və akt zallarının müasir avadanlıqla təchizatı ilə bağlı olub.
Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin nümayəndələri tərəfindən dinlənilib, idarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR