"Avropa xəstə adamdır"

"Avropa xəstə adamdır"
12:03 21 Yanvar 2015
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Avropa İttifaqını (Aİ) “xəstə adam”la müqayisə edib. Bu barədə Trend çərşənbə günü “Haber7” telekanalına istinadən xəbər verir.

Onun sözlərinə görə, əgər əvvəllər Avropa Türkiyəni “xəstə adam”la müqayisə edirdisə, indi “xəstə adam”ın məhz Aİ olduğunu görmək olar.

Baş nazir qeyd edib ki, eyni zamanda bəzi Yaxın Şərq ölkələrində siyasi xaos müşahidə olunur. Türkiyədə vəziyyət öz sabitliyi ilə fərqlənir və bu, dövlətin gücünün göstəricisidir: “Türkiyə hakimiyyəti ölkənin siyasi və iqtisadi gücünü artırması üçün hər şeyi edir”.

Davudoğlunun sözlərinə görə, Türkiyə dünyanın maliyyə mərkəzlərindən biri olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2355409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR