“Beynəlxalq Yaşıl Həftə-2015” sərgisində Azərbaycanı 20-yə yaxın şirkət təmsil edir

“Beynəlxalq Yaşıl Həftə-2015” sərgisində Azərbaycanı 20-yə yaxın şirkət təmsil edir
12:03 21 Yanvar 2015
102 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc 
Almaniyanın paytaxtı Berlin şəhərində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi “Beynəlxalq Yaşıl Həftə - 2015” sərgisi davam edir.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Azərbaycan artıq 8-ci dəfə bu sərgidə iştirak edir. Sərginin Azərbaycana aid pavilyonunda 200-dən çox çeşiddə müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş olunur. Tədbirdə 20-dək Azərbaycan şirkəti iştirak edir.
Yanvarın 25-dək davam edəcək sərgi çərçivəsində iştirakçılara ölkəmizin investisiya və biznes imkanları, həmçinin kənd təsərrüfatı sahəsində istehsal olunan rəqabətqabiliyyətli məhsullarla bağlı məlumat veriləcək. Sərgi iştirakçılarına Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar, broşürlər və disklər də paylanılacaq.
Avropanın ən iri sərgilərindən biri hesab olunan “Beynəlxalq Yaşıl Həftə” 1926-cı ildən etibarən təşkil edilir. Hər il dünyanın 70-ə yaxın ölkəsindən 1500-dən çox müəssisənin və 5000-dək media nümayəndəsinin iştirak etdiyi sərgi yarım milyona yaxın insan tərəfindən ziyarət olunur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR