1,6 milyard manatlıq xidmət

1,6 milyard manatlıq xidmət
12:06 21 Yanvar 2015
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın informasiya və rabitə sektorunda bu ilin yanvar-dekabr aylarında təsərrüfat subyektlərinə və əhaliyə 1,6 milyard manatlıq xidmət göstərilib.

ANS PRESS-in Dövlət Statistika Komitəsinə istinadla verdiyi məlumata görə, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə göstərilən xidmətlərin müqayisəli qiymətlərlə həcmi 15,1 faiz artıb.

Ölkədə əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,5 faiz təşkil edib.

Hesabat dövründə mobil rabitə xidmətlərindən əldə olunmuş gəlirlərin ümumi həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz artaraq 914,6 milyon manat təşkil edib.

Qeyd edək ki, mobil rabitə xidmətlərinin payına ölkənin informasiya və rabitə sektorunda əldə edilmiş gəlirlərin 56,5 faizi düşüb.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR