“Neftçi” Türkiyə komandasına minimal hesabla uduzub

“Neftçi” Türkiyə komandasına minimal hesabla uduzub
12:08 21 Yanvar 2015
158 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Bakının “Neftçi” futbol komandası Antalyadakı təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib.
Klubdan AzərTAc-a bildiriblər ki, komandamız Türkiyənin “Elazığspor” kollektivi ilə qarşılaşıb.
Görüş Türkiyə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmadan əvvəl 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və komandamız oyuna qara sarğı ilə çıxıb.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl Səudiyyə Ərəbistanının təmsilçisi “Hajer”ə 3:1 hesabı ilə qalib gəlmiş, Türkiyənin “Ərciyyəspor” komandası ilə qolsuz heç-heçə etmişdi.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Neftchi_Turkiye_komandasina_minimal_hesabla_uduzub-826294

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR