Stiv Cobsun dul xanımı sevgili tapıb - FOTO

Stiv Cobsun dul xanımı sevgili tapıb - FOTO
12:12 21 Yanvar 2015
340 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Apple korporasiyasının mərhum banisi və rəhbəri Stiv Cobsun dul xanımı, 51 yaşlı Loren Pauellin sevgilisi var.
O, Vaşinqton şəhərinin sabiq meri, 44 yaşlı Edrian Fenti ilə birlikdədir.
 
E.Fenti Cobs ailəsinin köhnə dostlarından biridir.
Milli.Az TMZ-yə istinadən bildirir ki, Stiv Cobs 2011-ci ildə vəfat edəndən sonra dul qalan Loren Pauell elə həmin il Vaşinqtonun mer səlahiyyətlərini təhvil vermiş Edrian Fenti ilə birlikdə Kayman adalarında istirahətdədir.
 
L.Pauellə vurulmuş E.Fenti ötən il xanımı Mişel Kross ilə boşanıb.
 
Lorenin S.Cobsla izdivacdan 3 övladı var. E.Fentinin də Mişel Krossla nikahında 3 övladı doğulub.
 
Milli.Az


























Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/320081.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR