Tanınmış aktyor işsiz qaldı: "Məni çıxardıb atdılar"

12:17 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Tanınmış azərbaycanlı aktyor Valeh Kərimov işsiz qalıb. Çalışdığı Sumqayıt Dram Teatrında onu işdən azad ediblər.

Milli.Az-ın məlumatına görə, xalq artisti Valeh Kərimov işdən çıxarılması barədə bunları deyib:

"Sumqayıt teatrında ilk xalq artisti adı alan mən olmuşam. Hacı İsmayılov, Afaq Bəşirqızı, Ramiz Novruzov, Sabir Məmmədov kimi aktyorlar bizdə işləyib, ancaq adı başqa teatrlardan almışdılar. Sumqayıt teatrında işləyə-işləyə ad alan ilk aktyor mən olmuşam. Məndən sonra iki nəfərə xalq artisti adı verilmişdi. Məncə, bir teatrda adı, tamaşaçılar arasında hörməti olan aktyorun olması həmin teatrın yalnız xeyrinədir. Bu gün Sumqayıt teatrında yeganə xalq artisti mən qalmışdım. Məni də çıxardıb atdılar", - o əlavə edib.

Aktyor həmin hadisədən sonra özünə gələ bilmədiyini deyib:

"Mən  o gündən özümə gələ bilmirəm. Yaşıma görə çıxarılacağımı düşünürdüm. Ancaq müqavilə əsasında işləyəcəyimi zənn edirdim. Onu da etmədilər. Mən teatrdan 210 manat maaş alırdım. Bu pul mənim yolpulum etmirdi. O məbləği mən Bakı teatrlarında 1-2 rol oynamaqla qazanıram. Sumqayıt teatrı mənə doğma idi. İnanmırdım ki, mənimlə belə qurtara, sağollaşa bilərlər. Bu, mənə çox ağır gəldi", - o vurğulayıb.

Teymur Hacıyev
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR